SUAL & CAVAB

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş
İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı

Ən çox verilən suallar

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı haqqında suallar və cavablar.

Festival nə haqdadır?

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev sağlam gənc nəsli tərbiyə etmək və idmanın populyarlaşdırılması siyasətini həyata keçirmək üçün misli görünməmiş fədakarlıq göstərib. Məhz həmin vaxtdan Azərbaycan idmanı zirvələrə yüksəlməyə, dünya pyedestallarını fəth etməyə başlayıb.

Müasir günümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu istiqamətdə fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir. Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı xüsusi diqqətin nəticəsidir ki, Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanmışdır.

Azərbaycan idmançılarının müxtəlif beynəlxalq yarışlarda və olimpiya oyunlarında imza atdığı qürurverici uğurlar cənab İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək və bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir.

Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, ölkənin müxtəlif reqionlarında olimpiya idman-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir. Azərbaycanda dünya səviyyəli idman yarışlarının keçirilməsi bu sahəyə cənab prezidentin bu siyasətin uğurlu nəticələrindən biridir.

Yuxarıda şərh edilənləri nəzərə alaraq, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı prezidentimiz İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün Azərbaycanda idmanı ümumxalq hərəkatına çevirmək siyasətinin məntiqi davamıdır.

Festivalın hansı məqsədləri var?

Müxtəlif idman və ekstremal idman növlərin populyarlaşdırılması;

Sağlam həyat tərzinin təbliğatı;

Uşaqların, yeniyetmələrin və gənclərin idman bölmələrinə və olimpiya hərəkatına cəlb edilməsi;

Zəhmət çəkməyə və müdafiəyə hazır şəxsiyyət, vətəndaş formalaşdırmaq;

Gənclərə vətənpərvərlik hisslərini aşılamaq;

Sağlam həyat tərzi ideologiyası əsasında gənclərin idman hərəkatına cəlb edilməsinin aktivləşdirilməsi;

Televiziya və kino vasitəsilə idman qəhrəmanları haqqında maarifləndirmə;

Son iki ildə yaradılmış ən yaxşı yerli idman filmlərinin və proqramların müəyyən edilməsi və mükafatlandırılması;

Mədəni maarifləndirmə və müəlliflər arasında tam təcrübə mübadiləsi imkanlarının yaradılması, idmanla bağlı filmlərin və proqramların nümayişini təşkil etməklə bütün sosial təbəqələrin yerli televiziya və kinematoqrafiya mədəniyyəti dəyərlərinə geniş çıxışının təmin edilməsi;

Olimpiya hərəkatı prinsiplərini təbliğ etmək;

Vətəndaşları gözəlliyə cəlb etmək;

Ləyaqətli  və sağlam düşüncəli həyat tərzini aşılamaq.

Festivalda iştirak şərtləri hansılardır?

Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2020-2022-ci illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər iştirak edə bilər.

Festivala təqdim olunan filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər 30 sentyabr 2022-ci il tarixinə qədər festivalın təşkilati komitəsinə təqdim edilməlidir.

Təqdim olunan filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər festivalın təşkilati komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim olunmalı və ya wetransfer.com saytı vasitəsilə festivalın rəsmi elektron poçt qutusuna göndərilməlidir.

Festivala iştirak üçün göndərilən hər bir film, proqram, reklam çarxları və musiqili klip haqqında qısa annotasiya (məzmun) və yaradıcı heyət (rejissor, ssenari müəllifi, operator, bəstəkar) haqqında məlumat təqdim olmalıdır.

Yuxarıda qeyd olunmuş məlumat düzgün formada təqdim olunmadığı halda festivala  təqdim olunmuş film, proqram, reklam çarxları və musiqili kliplər qəbul olunmayacaq.

Festivalda hansı nominasiyalar üzrə iştirak etmək olar?

  1. “Güclü iradəli” – idman və idmançılara həsr olunmuş sənədli və bədii fimlər;
  2. “Həyat naminə – İdman ” – idman haqqında proqramlar və idman yarışlarının nümayişi;
  3. İdmanı və idmançıları təbliğ edən reklam və promo çarxları;
  4. “Klip” nominasiyası aşağıdakı texniki şərtlərə cavab verməlidir:

– Musiqili film 1 dəqiqədən 5 dəqiqəyə gədər xronometrajda olmalıdır;

– Musiqili film bir mahnıya və ya melodiyaya hazırlanmalıdır.

Bu şərtlərə cavab verməyən filmlər başqa nominasiyalarda iştirak edəcəklər.

Münsiflət kimdir və seçim necə aparılır?

Münsiflər heyəti tanınmış idman və televiziya xadimləri arasından seçilir.

Münsiflər heyəti nominasiyalar üzrə ən yaxşı 3 yerə layiq olan işləri seçir.

Eyni zamanda, festivalın internet saytında tamaşaçı səsverməsi aparılır və onun nəticələri də nəzərə alınır.

Festivalın hər nominasiya üzrə qalibi münsiflər heyəti tərəfindən müəyyənləşdirilir.

Təntənəli mərasim formasında festival qaliblərinin elan edilməsi və mükafatlandırılması keçirilir.

Festivalın yekunlarına görə iştirakçılara və laureatlara diplomlar təqdim olunur.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və proqramları televiziya müsabiqəsidir.